Ekoloji cəhətdən səmərəli və yüksək keyfiyyətli materiallar

Lahiyənin dəqiq verilməsi və tikintinin standartlara uyğun aparılması

İşlərin vaxtında təhvil-təslimi və sonrakı sevis, hovuz dərmanlarının pulsuz çatdırılması

Bütün elektrik və mexaniki agreqatların gələcəkdə təhlükəsiz istifadə

Hovuzla ümumi tanışlıq

“Hamımız sudan çıxmışıq!” – Markesin “Yüz ilin tənhalığı” əsərindəki müdrik sehrbaz Melkiades deyirdi. Su qədim zamanlardan gözəllik və gəncliyin mənbəyi sayılırdı. Odur ki, insanlar suyun yanında yerləşib kök salır, şəhərlər tikirdilər. Təəssüflər olsun ki, çay və ya su hövzəsi kənarında məskən salıb ev tikmək heç də hər kəsə qismət olmur. Elə bu səbəbdən də müasir insanlar bir əsr əvvəldən başlayaraq çimmək üçün süni su hövzələri, yəni ilk üzgüçülük hovuzları inşa etməyə başladı. XIX əsrdə hər bir centlmenin məşğul olmalı olduğu 4 növdən biri üzgüçülük idi. Uzun müddət hovuz inşaatı sahəsində lider olan Almaniyada ilk üzgüçülük hovuzu 1877-ci ildə Bremendə “gimnastikanın atası” Yanın təşəbbüsü sayəsində tikildi. Sözsüz ki, ilk hovuzlar daha qədim zamanlarda Antik dünyada, Qədim Şərqdə dördkünc formada tikilirdi.

İndi isə hovuzların növlərinə nəzər salaq: şəxsi hovuzlar: üzgüçülük, çimmək və dekorativ məqsədlərlə tikilən süni su hövzəsi; ictimai (idman) hovuzlar: üzgüçülük, su polosu və s. üçün tikilən təbii və ya süni su hövzəsi; təbii hovuzlar: axını sürətli olmayan, girdablar olmayan yatağı düz olan su hövzələrində tikilir; süni hovuzlar: bir və ya bir neçə vanna, hazırlaşdırıcı məşğələlər üçün hovuz, əsas hovuz, xidməti və texniki otaqlardan ibarət olur. Bundan əlavə açıq, qapalı və kombinasiya edilmiş hovuzlar da var. Konstruksiyasına görə hovuzlar üç əsas kateqoriyada qruplaşır: 1.stasionar hovuzlar: ən möhkəm və uzun ömürlü hovuzlar olub, dəmir betondan tikilir və xüsusi qazılmış çuxurla özül üzərində qurulur, daxili səthləri hidroizolyasiya örtüyü ilə örtülür; 2. açılıb – yığılan hovuzlar dəyişikliklərə meylli olanlar üçündür, onları həm yerin səthində, həm də qazılan çuxurda quraşdırmaq olur; və 3. SPA hovuzlar: avtonom portativ olub, üzmək üçün deyil relaksasiya üçün nəzərdə tutulub. Bu hovuzları inşa etmək , montaj etmək tələb edilmir, artıq istifadəyə hazır vəziyyətdə satılırlar.

Nəzərə almaq lazımdır ki, süni hovuzların suyu içməli suya qarşı irəli sürülən tələblərə cavab verməlidir. Su mübadiləsi isə təmiz suyun fasiləsiz axması və ya resirkulyasiyası ilə təmin edilir. Su duru xlorla dezinfeksiya olunur.

Şirkətimiz bütün xidmətlər kompleksini təklif edir. Kompleksə yeni hovuzların tikilməsi, artıq mövcud olanların avadanlıqlarının yenilənməsi, istənilən hovuzlar üçün avadanlıqların quraşdırılması və montajı daxildir. Hər bir sifarişçiyə fərdi yanaşma və kreativ texnologiyaları tətbiq etməyimiz bizə hovuz xidmətləri sahəsində layiqli rəqib olmaq imkanı verir.