“Hovuzlar” şirkəti – işi peşəkarlara etibar edin.

“Hovuzlar” əsas ixtisaslaşması üzgüçülük hovuzlarının layihələlərinin hazırlanması, inşası və rekonstruksiyası, o cümlədən hovuzlar üçün avadanlıq satışı, saunaların, spaların qurulması olan şirkətdir. Siz bizim kompaniyamıza müraciət edərək icra edilən işlərin və sifarişlərin etibarlılığına və keyfiyyətinə əmin olacaq, müasir avadanlıq isə şəxsi hovuzunuzun bütün üstünlüklərindən istifadə etməyə imkan verəcəkdir.

“Hovuzlar” şirkəti 2006-cı ildə qurulmuş və 2011-ci ildə bazarda uğurlu fəaliyyətinin 5 –illik yubileyini qeyd etmişdir. Bu müddət ərzində şəxsi və ictimai hovuzların tikintisi üzrə kifayət qədər təcrübə toplamışıq. Reallaşdırdığımız obyektlərin siyahısı bizim nə qədər tələb edilən və etibarlı kompaniya olduğumuzu bir daha sübut edir. İşlədiyimiz illərdə elit villalar və fitnes mərkəzlərdə çoxlu sayda hovuz inşa etdik.

Hovuz inşası biznesində nəhəng bazar potensialı var. Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin artması ilə insanların həyat səviyyəsini yüksəltmək tələbatları da artır, bu da bizim şirkətin öz iş imkanlarını reallaşdırması üçün münbit zəmin yaradır.

“Hovuzlar” özünün servis xidmətini yaratmışdır ki, bunun sayəsində hovuz və bütün texniki sistemin ideal vəziyyətdə saxlanması üçün iş kompleksini yerinə yetirir. Servisimiz həm də zəmanət və zəmanətdənsonrakı xidmətləri həyata keçirir və şirkətin müştərilərinə konsultasiya verir.

Əminliklə deyirik ki, “Hovuzlar” yüksəkkeyfiyyətli hovuz tikintisi deməkdir. Menecerlərimiz sizə geniş avadanlıq spektrindən ən uğurlu seçim etməkdə, texniki şöbəmizin əməkdaşları isə yüksək səviyyədə layihə işləyərək istədiyiniz hovuza sahib olmaqda yardımçı olacaq. Odur ki, vaxt itirmədən şirkətimizə müraciət edib, arzularınızı gerçəkləşdirin.

Üzgüçülük hovuzlarının tikilməsi sahəsindəki təcrübəmiz gördüyümüz işin etibarlılığına zəmanət verir! Bizdəki keyfiyyetli avadanlıq assortimenti sizi qane edəcəkdir. Hovuzlara peşəkar surətdə layihə vermək və tikmək, ventilyasiya sistemini qurmaq bizim işimizdir.

Əlavə məlumat üçün zəng vurun: ☎ +994 55 728 77 44