Hovuzların tikintisi
Yaxın keçmişdə hovuzlar və onların layihələri yalnız dövlət inşaat idarələrinin sərəncamında olan obyektlər idi. Bu gün isə hovuzların inşası üzrə bütün iş kompleksi: dizayn, layihəvermə, hövzənin hidroizolyasiyası, avadanlıqların çatdırılması və montajı, servis işləri və zəmanətlə bağlı xidmətləri adətən özəl ixtisaslaşmış kompaniyalar yerinə yetirir. “Hovuzlar” kompaniyası Azərbaycan hovuz bazarında artıq 6 ildir ki mövcuddur və bu müddətdə 100-dən artıq hovuzun tikintisində bilavasitə iştirak etmişdir.
Hovuz tikintisinin (dəmir-beton hövzəli) mərhələlərinə qısaca nəzər salaq:
- özül çuxurunun qeyd edilməsi.
- çuxurun hazırlanması – torpaq işləri ekskavatorla həyata keçirilir, ondan sonra işlər əllə davam olunur.
- hovuz çuxurunun özülünün hazırlanması = çınqıl səpilməsi və ya beton birləşmələr; armaturların çəkilməsi (əvvəlcə hovuzun dibi sonra divarları armaturla bərkidilir və iki sıra davam edir).
- taxta qəlibin qurulması (taxta qəlibin üç növü ola bilər xüsusi çoxdəfəlik, suya davamlı faner və ya lövhə)
- beton tökülməsi (hovuzların hövzə çuxuru xüsusi hidrobetonla doldurulur. Betontökmə fasiləsiz olaraq davam edir. Yalnız mürəkkəb formalı hovuzlarda, bütün divarlara eyni anda taxta qəlib qoyula bilmirsə, dibin və divarların ayrı-ayrılıqda betonlanmasına yol verilə bilər)
- taxta qəlibin çıxarılması ;
- zəruri olduğu hallarda hovuz hövzəsinin xarici hidroizolyasiyasının yerinə yetirilməsi;
- hovuz ətrafındakı torpağın döyəclənib bərkidilməsi.
Hovuzun işləmə növləri və bunun mərhələlərinə nəzər salaq. Mozayka və ya plitələrlə işləmə zamanı suvaqlama, avadanlıqlar üçün özül elementlərinin quraşdırılması, hidroizolyasiya təbəqəsinin çəkilməsi, mozayka və ya plitənin düzülməsi, mozayka və ya plitənin sürtülüb təmizlənməsi, hovuzun perimetri boyu bordür daşının düzülməsi mərhələləri bir-birini izləyir. Əsas üstünlüklər gözəl görünüş, dizayn imkanlarının çoxluğu, palitranın genişliyi, mozayka və plitənin zaman keçdikcə keyfiyyətini itirməməsi, istifadə zamanı mexaniki zədələnmələrə məruz qalmamasıdır. Hovuz tikintisi ilə məşğul olan bir şirkət kimi müştərilərə mozaikalı işləməni bina daxilindəki hovuzlar, plitəli hovuzları isə açıq havada yerləşənlər üçün seçməyi tövsiyə edirik. Bundan əlavə, panno və plitələrin seçimində mavi tonların olması suyun maviliyini daha da nəzərə çarpdırır.